Apr 22, 2023 12:58 Asia/Baku
  •  Fitr bayramı mübarək olsun!

Bu gün 22 aprel İran İslam Respublikasında şəvval ayının birinə, səadətli Fitr bayramı gününə təsadüf edir.

SəhərAzəri-nin məlumatına görə, İslam İnqilabının Müəzzəm Rəhbərinin informasiya ofisi dünən gecə bir məlumatda cümə gününün ramazan ayının 30-u olduğunu elan etdi. Beləliklə Fitr bayramının şənbə gününə təsadüf etməsi təsbit olundu.

İslam mədəniyyətində Şəvval ayının biri Fitr bayramı və fitrətə qayıdış şənliyi təyin olunmuşdur. Çünki oruc tutmuş müsəlmanlar mübarək Ramazan ayı ərzində Allaha ibadətlə, günahların bağışlanmasını diləməklə, zahiri və daxili çirkinliklərdən ruhlarını və cisimlərini təmizləmişlər və həqiqi fitrətinə doğru qayıtmışlar.

Bu gün İranın bütün şəhər və kəndlərində möminlərin geniş iştirakı ilə bayram namazı qılınıb.

Qeyd edək ki, bir çox müsəlman ölkədə bu gün Fitr bayramı olaraq qeyd olundu.

SəhərAzəri Televiziya kanalı müsəlmanların ən böyük bayramlarından biri olan Fitr bayramı münasibəti ilə bütün islam dünyasını və dünya müsəlmanlarını təbrik edir.

Teqlər