Yəməndə Əli Abdulla Salehə qarşı terror baş tutmadı
İyun 06, 2015 13:28 Asia/Baku
Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh cümə günü Sənada terror əməliyyatından xilas olub.
Səhər Beynəlxalq Televiziyasının Səma İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, məlumatlı bir mənbə bildirib ki, Əli Abdulla Saleh avtomobilə minmək istədiyi zaman 4 yəmənli zabit ona doğru atəş açmağa başlayıb. Lakin Salehin cangüdənləri silahlılardan ikisini öldürüb və ikisini də zərərsizləşdiriblər.Bu mənbə əlavə edib: Bu hücumun ardınca Salehin tərəfdarı olan qüvvələr və Yəmən ordusu qüvvələrinin bir qrupu Sənanın müxtəlif yerlərində yerləşiblər.
Belə bir halda, Ənsarullah Əbd Rəbbə Mənsur Hadinin tərəfdarları ilə Cenevrədə heç bir ilkin qeyd-şərt irəli sürülmədən atəşkəsin əldə olunması üzrə danışıqların keçirilməsini vurğulayıb. Bununla belə, Cenevrə müzakirələrinin rəsmi zamanı müəyyənləşməyib. Lakin Nyu-Yorkdakı diplomatlar bildirirlər ki, bu müzakirələr 14 iyunda atəşkəsin əldə olunması və müxaliflərin nəzarət etdikləri bölgələrdən geri çəkilmələri layihəsinin tənzimlənməsi və humanitar yardımların artırılması məqsədilə keçiriləcək.