Livan ordusu Rəəs Bəəlbək yüksəkliklərində terrorçuların mövqelərini gülləbaran edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194678-livan_ordusu_rəəs_bəəlbək_yüksəkliklərində_terrorçuların_mövqelərini_gülləbaran_edib
Səhər kanalının məlumatına görə, Livan ordusu dünən günorta çağı Şimali Bəqa məntəqəsindəki Rəəs Bəəlbək yüksəkliklərində yerləşən silahlı terrorçuların mövqelərini gülləbaran edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2015 04:05 Asia/Baku
  • Livan ordusu Rəəs Bəəlbək yüksəkliklərində terrorçuların mövqelərini gülləbaran edib
    Livan ordusu Rəəs Bəəlbək yüksəkliklərində terrorçuların mövqelərini gülləbaran edib

Səhər kanalının məlumatına görə, Livan ordusu dünən günorta çağı Şimali Bəqa məntəqəsindəki Rəəs Bəəlbək yüksəkliklərində yerləşən silahlı terrorçuların mövqelərini gülləbaran edib.

Bir livanlı təhlükəsizlik mənbəyi deyib ki, terrorçuların mövqelərinə qarşı hücum onların digər məntəqələrə nüfuz əməliyyatı keçirmək üzrə səylərindən sonra həyata keçirilib.
Bu mənbə qeyd edib ki, ordu raket və ağır artilleriyadan istifadə edərək, terrorçuların mövqelərini hədəfə alıb.
İordaniyanın rəsmi Petra xəbər agentliyinin məlumatına görə, digər tərəfdən, suriyalı qırıcılar Şimali Bəqa məntəqəsindəki Əlqaa şəhərciyi ilə yanaşı yerləşən Əlcərdiyyə məntəqəsində yaraqlı terrorçuların mövqelərini hədəfə alıblar.