Beynəlxalq ictimaiyyət sionist rejimin atom sınağı qarşısında susur
İyun 11, 2015 10:07 Asia/Baku
Sionist Haarets qəzeti gülünc iddiada bildirib ki, sionist rejim qəsəbələrə ehtimal olunan hücumların təsirlərinin miqyasını ölçmək məqsədilə "çirkli bomba" adlanan onlarla radioaktiv bombanı sınaqdan keçirib.
Səhər Beynəlxalq Televiziyasının Cam Cəm qəzetinə istinadla verdiyi məlumata görə, Haarets iddia edib ki, İsrailin nüvə sınaqları müdafiə məqsədi daşıyır.Bu məlumata görə, sionistlər bu sınaqda ən azı 20 yüngülləşdirilmiş nüvə bombasını partladıblar.
Bu 20 sınaq partlayışı 250 qram-25 kiloqram arasında partlayıcı maddə və 99 MTC adlanan radioaktiv maddə ilə həyata keçirilib.
Bu məlumata görə, partlayışların mərkəzində çoxlu şüalanma qeydə alınıb və radioaktiv zərrəciklərin bir hissəsi küləklə sınaq məkanının ətrafına yayılıb.
Bu məsələ göstərir ki, hətta sionistlərin iddiası ilə bu sınaqlar müdafiə xarakteri daşısa da, ətrafa yayılan radioaktiv zərrəciklər öz dağıdıcı təsirlərini göstərəcəkdir.
Sionist rejim Nüvə Silahlarının Yayılmamasına dair Sazişə üzv olmamaqdan sui-istifadə edərək öz nüvə silahlarının genişləndirməyi davam etdirir.
3 həftə öncə Amerika Yaxın Şərqin nüvə silahlarından təmizlənməsi məqsədilə İsrailin hərbi nüvə obyektlərinin araşdırılması üçün BMT Baş Assambleyasına üzv ölkələrin əksəriyyət səsinə veto qoydu.