Sionistlərin əl-Əqsa məscidinə basqını
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194860-sionistlərin_əl_Əqsa_məscidinə_basqını
Sionist qəsəbə sakinləri və hərbçilər bir daha əl-Əqsa məscidinə basqın ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2015 04:58 Asia/Baku
  • Sionistlərin əl-Əqsa məscidinə basqını
    Sionistlərin əl-Əqsa məscidinə basqını

Sionist qəsəbə sakinləri və hərbçilər bir daha əl-Əqsa məscidinə basqın ediblər.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, bir qrup sionist hərbçi və qəsəbə sakini polis qüvvələrinin dəstəyi ilə Babul-Müğaribə tərəfindən əl-Əqsa məscidinin həyətlərinə daxil olub.
Əl-Əqsa məscidində olan fələstinlilər onlarla mübarizəyə qalxıb və onları bu müqəddəs məkandan çıxmağa məcbur ediblər.
Başqa bir məlumata görə, Qəzzə zolağında Fələstin Milli Birlik Hökumətinin İqtisadiyyat Nazirliyinin rəhbəri İmad Baz deyib: Misir rəsmiləri bu bölgəyə sementin göndərilməsi ilə razılaşıblar və ötən iki gün ərzində 4000 ton sement Qəzzə zolağına daxil olub.
İbad Baz bildirib: Fələstinlilər Misir rəsmilərindən Qəzzə zolağının acınacaqlı iqtisadi vəziyyətini, dağıntıların bərpasına sionist rejim tərəfindən maneələrin yaradılmasını ciddiyə almalarını istəyirlər.