De Mistura: Yaraqlıların hücumları qarşısında Suriya vətəndaşları dəstəklənməlidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194938-de_mistura_yaraqlıların_hücumları_qarşısında_suriya_vətəndaşları_dəstəklənməlidir
BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Suriyanın şimalında yerləşən Hələb şəhərində yaraqlıların mülkilərə hücumunu çox təhlükəli adlandırıb və deyib: Suriya xalqı bu hücumlar qarşısında dəstəklənməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2015 03:38 Asia/Baku
  • Yaraqlıların hücumları qarşısında Suriya vətəndaşları dəstəklənməlidir
    Yaraqlıların hücumları qarşısında Suriya vətəndaşları dəstəklənməlidir

BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Suriyanın şimalında yerləşən Hələb şəhərində yaraqlıların mülkilərə hücumunu çox təhlükəli adlandırıb və deyib: Suriya xalqı bu hücumlar qarşısında dəstəklənməlidir.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar xəbər telekanalına istinadla verdiyi məlumata görə, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura əlavə edib: Suriya vətəndaşları vəhşicəsinə toqquşmalar çərçivəsində baş verən pərakəndə və məqsədsiz hücumlardan zərər görür və buna görə dəstəklənməlidir.
De Misturanın bəyanatında bildirilir: Humanitar beynəlxalq qanun bütün şəraitdə, heç bir ayrı-seçkilik olmadan icraya qoyulmalıdır.