İyun 17, 2015 08:45 Asia/Baku
  • Misir hazır vəziyyətə gətirildi
    Misir hazır vəziyyətə gətirildi

Məhəmməd Mursi və İxvanul-Müslimin rəhbərlərinə qarşı edam qərarının verilməsi ardınca Misir Daxili İşlər Nazirliyi bu ölkənin təhlükəsizlik bölmələrini hazır vəziyyətə gətirib.

Səhər Beynəlxalq Televiziyasının əl-Şərq əl-Ousət qəzetinin portalına istinadla verdiyi məlumata görə, Misir hökuməti bu ölkənin sabiq prezidenti Məhəmməd Mursiya edam qərarının verilməsi ardınca öz təhlükəsizlik qurumlarını hazır vəziyyətə gətirib.
Misir DİN rəsmisi bildirib ki, bu nazirliyin bütün bölmələri bu qrupun tərəfdarlarının istənilən hədələri ilə qarşılaşmaq üçün hazır vəziyyətə gətirilib.
Məlumata görə, İraq daxili işlər naziri Məcdi Əbdülqəffar göstəriş verib ki, önəmli dövlət obyektlərinin ətrafında, meydanlar və əsas prospektlərdə qüvvələrin sayı artırılsın.
Misirin Cinayət Məhkəməsi çərşənbə axşamı günü "həbsxanaya hücum" cinayət işi ilə bağlı Məhəmməd Mursiy və Müsəlman Qardaşları rəhbərlərindən bir qrupunun edam olunmasına qərar verib.

Teqlər