İyun 17, 2015 13:24 Asia/Baku
  • Cenevrə müzakirələrinin nəticəsi yoxdur
    Cenevrə müzakirələrinin nəticəsi yoxdur

Yəmən Ənsarullah Hərəkatının rəhbəri Cenevrə müzakirələrini nəticəsiz adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının rəhbəri Seyid Əbdülməlik Bədrəddin əl-Husi çərşənbə axşamı günü bu ölkənin istefa vermiş fərari hökumətini Cenevrə müzakirələrində öz tələblərini yeritməyə çalışmaqda suçlayıb və bu müzakirələri nəticəsiz adlandırıb.
Ənsarullah Hərəkatının rəhbəri deyib: Bu ölkənin istefaya getmiş hökuməti öz tələblərini BMT və Cenevrə müzakirələrinin iştirakçılarına qəbul etdirməyə çalışır.
Yəmən Ənsarullah Hərəkatı rəhbərinin sözlərinə görə, Yəmənin istefa vermiş hökumətinin nümayəndələri Cenevrə müzakirələrində bu müzakirələri aşağı səviyyəyə, məsləhətləşmə həddinə endirməyə və BMT və bu təşkilatın yeni nümayəndəsindən öz məqsədlərini irəlilətmək üçün istifadə etməyə çalışırlar.
Əbdülməlik bədrəddin əlavə edib: Yəmənin istefa vermiş Nazirlər Kabineti öz funksiyası ilə bu müzakirələrin əhəmiyyətini azaltdı və sübut etdi ki, bu müzakirələr ciddi deyil və ölkənin problemlərinin həlli ardınca deyillər.
Yəmən Ənsarullah Hərəkatının lideri bildirib: Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi İsmayıl Vələd Şeyx Əhmədlə davranışda "təşviq və təhdid" siyasətini yürüdür ki, onu öz tələbləri qarşısında təslim etsin.
BMT-nin vasitəçiliyi ilə Yəmənin daxili böhranına son qoymaq məqsədilə bu barədə Cenevrədə 3 günlük müzakirələr başlanıb.

Teqlər