İyun 18, 2015 12:28 Asia/Baku
  • YUNİSEF Yəmən həqiqətlərini təhrif edir
    YUNİSEF Yəmən həqiqətlərini təhrif edir

BMT-nin uşaq fondu YUNİSEF dünən bildirib ki, ötən on həftədə Yəməndə baş vermiş döyüş və kobudluqlarda azı 279 uşaq həlak olub.

Səhər kanalının Almaniya xəbər agentliyinə istinadlı məlumatına görə, YUNİSEF-in Yəməndəki xüsusi nümayəndəsi Culian Harnis deyib ki, bu ölkədə daxili böhran başlanandan bəri azı 279 uşaq həlak olub və 402 uşaq yaralanıbdır. O, günahsız uşaq və qadınların ötən üç ayda Ali-Səudun bombardmanları altında şəhid olmalarına toxunmadan yəmənli uşaqlardan döyüşlərdə istifadə edilməsi adlandırdığı məsələni tənqid edib.
Harnis habelə uşaqların Yəmənin 11 məntəqəsində təkfirçi-terrorçu qruplar tərəfindən qırğın edilmələrinə toxunmadan ailəsi və öz həyatını qorumaq üçün əlinə silah almış yeniyetmələri tənqid edib.
Ötən 84 gündə amerikan-ərəbistan koalisiyası və təkfirçi-terrorçu qrupların hücumlarında 2500-dən çox insan şəhid olub, azı 8 min nəfər də yaralanıb.
BMT bundan öncə bildirmişdi ki, Yəmənə qarşı hava hücumları nəticəsində 12 milyondan çox yəmənli təcili humanitar yardımlara ehtiyaclıdır.

Teqlər