İyun 18, 2015 19:11 Asia/Baku
  • Misirdə təhlükəsizlik tədbirləri
    Misirdə təhlükəsizlik tədbirləri

"Müsəlman qardaşları" qrupunun aksiya keçirmək üzrə çağırışı ilə bir zamanda Misirin təhlükəsizlik qüvvələri tam hazır vəziyyətə gəliblər.

Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, "Müsəlman qardaşları" qrupu və digər siyasi hərəkatlar Misir cinayət məhkəməsinin bu ölkənin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursiyə və "Müsəlman qardaşları" qrupunun bəzi rəhbərlərinə qarşı hökmünə etiraz olaraq, sabah Misir şəhərlərinin meydanlarında geniş aksiyaların keçirilməsini istəyiblər.
Misirin təhlükəsizlik qüvvələri də aksiyaların keçirilməsi ilə mübarizə, aksiyaçıları dağıtmaq, polis və dövlət idarələrini, eləcə də ümumi təsisatları etiraz və təxribatçılıq hərəkətlərindən qorumaq məqsədilə tam hazır vəziyyətə gələrək, küçə və meydanlarda yerləşiblər.
Misir Daxili İşlər Nazirliyi bildirib ki, hər bir qanun pozuntusu və ölkədə səbatsızlıq amili ilə kəskin rəftar edəcək.
Misir cinayət məhkəməsi 2011-ci ildə "zindandan qaçma" işi ilə bağlı Məhəmməd Mursi və "Müsəlman qardaşları" qrupunun rəhbərlərindən beşi barədə edam hökmü çıxardı.
Misirin hazırki prezidenti Əbdulfəttah Əlsisi 2013-cü ilin iyulunda bu ölkə ordusuna komandanlıq etdiyi bir halda, Mursini devirdi.

Teqlər