Yəmən Ənsarullahı BMT-nin atəşkəs təklifini müsbət qarşılayıb
İyun 27, 2015 09:59 Asia/Baku
Yəmən Ənsarullah Hərəkatı İnqilab Komitəsinin sədri bu ölkədə atəşkəsin bərqərar olunması üzrə BMT-nin təklifini müsbət qarşılayıb.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin Səba xəbər portalına istinadlı məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatı İnqilab Komitəsinin sədri Məhəmməd əl-Husi həmçinin BMT-dən Ərəbistanın Yəmən vətəndaşlarına qarşı zalımcasına və əsaslandırılmayacaq hücumlarının dayandırılması üçün bütün vasitələrdən istifadə etməsini istəyib.Məhəmməd əl-Husi əlavə edib: Sırf təklif təklikdə yetərli deyil. Xüsusilə də Yəmən xalqı təcavüzkar ölkələr, ABŞ və Ərəbistan başda olmaqla mühasirə nəticəsində aclıq astanasındadır və əgər mühasirə tez bir zamanda ləğv olunmazsa, aclıq qaçılmazdır.
Yəmənin Ənsarullah Hərəkatı İnqilab Komitəsinin sədri bildirib: Beynəlxalq ictimaiyyətin Ərəbistanın cinayətləri və Yəmənə qarşı qadağan olunmuş silahlardan istifadə etməsi qarşısında sükutu bəşəriyyətə qarşı cinayətdir və BMT baş katibi və bu beynəlxalq qurum bu hərəkətlər qarşısında tez bir zamanda mövqelərini bildirməlidirlər.
Diplomatik anlaşmadan başqa heç bir həll yolunun olmadığını qeyd edən əl-Husi deyib: Təcavüzkar ölkələrin Cenevrə danışıqlarına əngəllər törətmələri bu ölkələrin BMT-nin qanuniliyi və onun tərəfsiz olmasına sadiq qalmadıqlarını göstərir.