İyul 11, 2015 18:38 Asia/Baku
  • İŞİD-in İraqda yeni cinayətləri
    İŞİD-in İraqda yeni cinayətləri

Terrorçu İŞİD qrupu öz faciəli cinayətlərinin davamında on üç qadın və uşağı diri-diri yandırıb.

İraqın Əlnəxil xəbər agentliyinin məlumatına görə, Ələnbar vilayətinin Nicat Şurasının sədri Həmid Əlhais deyib ki, əldə olunmuş məlumatlara görə, İŞİD ünsürləri adambaşına səkkiz yüz dollar cəziyyə ödəmədən Fəllucə şəhərindən qaçmaq istədiyi səbəbindən dörd qadını doqquz uşağı ilə birgə qəfəsə salaraq, diri-diri yandırıblar.
İŞİD terrorçuları həmçinin övladlarının bu mənfur qrupa qoşulmaları ilə müxalifət etməsi ittihamı ilə üç qadını Ələnbar vilayətinin Ərrəmadi şəhərində yandırıblar.
Terrorçu İŞİD qrupu öz hövlnak cinayətlərinin digər birisində bombaqoyma təlimi üçün bir körpəni partladıblar.
İraqın Diyalə Valilik Şurasının Təhlükəsizlik Komitəsinin sədri Sadiq Əlhusəyni deyib ki, təkfirçi-terrorçu İŞİD qrupunun ünsürləri Səlahəddin vilayətinin Əlşərqat məntəqəsində öz üzvlərinə bombaqoyma təlimi keçərkən uzaqdan idarə olunan qurğu ilə bomba yerləşdirilmiş bu körpəni partladıblar.
Bu körpənin atası da bir neçə həftə bundan öncə həmin qrupla döyüşdə iştirak ittihamı ilə terrorçular tərəfindən edam olunmuşdu.

Teqlər