Yəmən Ənsarullahının sözçüsü: Ərəbistanın təcavüzkarlığına son qoymaq prioritetdir
İyul 12, 2015 10:31 Asia/Baku
Yəmən Ənsarullah Hərəkatının rəsmi sözçüsü deyib: Siyasi həll yolu Ərəbistanın təcavüzünün tam dayandırıldıqdan və Yəmənin mühasirəsinə son qoyulduqdan sonra sonra mümkün olacaqdır.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin Səba İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının rəsmi sözçüsü Məhəmməd Abdussalam şənbə günü keçirdiyi mətbuat konfransında deyib: Bu hərəkatın fikrincə, yəmənlilərin öz normal həyatlarına qayıtmaları üçün Ali-Səudun təcavüzünün tam şəkildə dayandırılması və Yəmənin mühasirəsinə son qoyulması önəmli məsələdir.Abdussalam Oman paytaxtında bu ölkə rəsmiləri və beynəlxalq tərəflərlə məsləhətlşmə iclasında iştirak etdikdən sonra Yəmənə qayıdarkən bildirib: Yalnız təcavüz dayandıqdan və mühasirəyə son qoyulduqdan sonra siyasi həll yolu ardınca olmaq olar.
Yəmən Ənsarullah Hərəkatının rəsmi sözçüsü əlavə edib: Siyasi ixtilaf yalnız dialoqla həl olunur və qısamüddətli atəşkəs sayəsində anlaşmanın mənası yoxdur.