Ərəbistan Yəməndəki atəşkəsdən sui-istifadə edib
İyul 13, 2015 13:45 Asia/Baku
Yəmən Ənsarullahının Siyasi Şurasının sədri deyib ki, səudiyyə rejimi Yəməndəki insani atəşkəsdən sui-istifadə edərək, bu ölkənin cənubundakı məmurlarına silah göndərir.
Səhər kanalının Ədəndəki bir xəbər portalına istinadlı məlumatına görə, Ənsarullahın Siyasi Şurasının sədri Saleh Əlsəmad müvəqətti atəşkəsin Ərəbistan tərəfindən pozulmasını bu ölkənin əsl simasının göstəricisi adlandıraraq, deyib ki, səudiyyəli təcavüzkarlar bu fürsətdən Ədəndəki muzdurlarına silah və sursat göndərmək üçün istifadə ediblər. O, bu silahları olduqca təhlükəli silahlar adlandırıb.Ənsarullahın Siyasi Şurasının sədri Ali-Səudun Yəmənin müxtəlif məntəqələrindəki cinayətlərinin davam etməsinə işarə edərək, dünya ictimaiyyətinin Ərəbistanın Yəmən xalqına qarşı cinayətləri qarşısında sükuta dalmasından təəssüflənib.
Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan ərəsbistanlı muzdurlar dünən təcavüzkar səudiyyə rejiminin dəstəyi ilə Ədən şəhərinin qərbindəki Rəəs Umran məntəqəsində yerləşən dövlət mərkəzlərinə basqın edərək, onların əmlakını talan ediblər.
Həmçinin muzdur ərəbistanlı terrorçular bu gün səhər Səna şəhərinin Tunis küçəsində Ənsarullah hərəkatının rəhbərlərindən olan Zeyd Əli Əlmutəvəkkili terror ediblər.