İyul 17, 2015 09:52 Asia/Baku
  • İraqda 130 İŞİD silahlısı məhv edilib
    İraqda 130 İŞİD silahlısı məhv edilib

İraqın hərbi aviasiyası Ələnbar vilayətində sutka ərzində 130 İŞİD qruplaşmasının silahlısını məhv edib.

Səhər telekanalının məlumatına görə, bu barədə İraqın Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumatda bildirilir ki, Hərbi-Hava Qüvvələrinin endirdikləri zərbələr nəticəsində Əlhaldiyyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ərrəmadi şəhərində isə 70 terrorçu məhv edilib.
Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD-in Ələnbar vilayətindəki mövqelərinə doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi, terrorçuların nəzarəti altında olan Ərrəmadi və Fəllucə şəhərləridir.

Teqlər