Avq 14, 2015 10:32 Asia/Baku
  • Türkiyənin Şırnak vilayətində 4 PKK-çı öldürüldü
    Türkiyənin Şırnak vilayətində 4 PKK-çı öldürüldü

Türkiyənin cənub-şərqində ordu qüvvələri ilə PKK yaraqlıları arasında gedən toqquşmalarda 4 PKK-çı öldürülüb.

Anadolu xəbər agentliyinin Ankaradan verdiyi məlumata görə, Türkiyə ordusunun Baş Qərargahı cümə axşamı bildirib ki, Şırnak vilayətinin Silobi şəhərində təhlükəsizlik qüvvələri ilə PKK yaraqlıları arasında çıxan toqquşmalarda, 4 PKK-çı öldürülüb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib ki, PKK ünsürləri Türkiyənin cənub-şərqində, Silobi hərbi bazasında bir təhlükəsizlik mərkəzinə hücum edərkən, təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıblar.
Bu məlumata görə, PKK yaraqlıları ilk öncə Silobi Şəhər Təhlükəsizlik Mərkəzini minaatanla hədəfə alıblar. Daha sonra bu mərkəzi ələ keçirməyə cəhd göstəriblər. Amma, təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə üzləşərək, qaçmağa məcbur olublar.
Türkiyə ordusu həmçinin bildirib: bu toqquşmalarda təhlükəsizlik qüvvələri arasında xəsarət alan olmayıb.
Digər tərəfdən Türkiyənin Dyarbəkir vilayətində bir təhlükəsizlik rəsmisi cümə axşamı deyib: Təhlükəsizlik qüvvələri təhlükəsizlik mərkəzinə hücum etməyi planlaşdıran 2 PKK-çını həbs ediblər.
Təhlükəsizlik qüvvələri bu iki şəxsdən 100 kiloqrama yaxın partlayıcı maddə aşkar edərək, götürüb.
Türkiyə ordusu ötən günlər ərzində terrorizmlə mübarizə çərçivəsində PKK-nın İraqın şimalındakı sığınacaqlarını da hədəfə alıb.

Teqlər