Avq 15, 2015 14:36 Asia/Baku
  • İraq ordusu Ələnbar vilayətində irəliləyir
    İraq ordusu Ələnbar vilayətində irəliləyir

İraq ordusunun qüvvələri bu ölkənin qərbindəki Ələnbar vilayətinin müxtəlif məntəqələrində irəliləyə biliblər.

Təsnim xəbər agentliyinin məlumatına görə, iraqlı qüvvələr şənbə günü Ələnbar vilayətinin müxtəlif məntəqələrində sürətli irəliləyişə malik olublar. Onlar çoxlu sayda terrorçunu məhv edə və yaralaya biliblər.
İraqın təhlükəsizlik qüvvələri həmçinin Əlrəmadidən yeddi kilometr şərqdə yerləşən Husəybə məntəqəsində bir qrup İŞİD-çini öldürməyə və bu terror qrupunun çoxlu sayda minomyot və ağır texnikasını məhv etməyə müvəffəq olublar.
Belə bir halda, iraqlı komandanlardan olan Əzal Əlfəhdavi bildirib ki, Əlrəmadinin şərqindəki Əlməziq məntəqəsi tam şəkildə İŞİD-çilərdən azad edilib və irəliləyişlərin davam etməsi Əlrəmadinin tam surətdə azad edilməsinə gətirib çıxara bilər.
Digər bir xəbərə görə, İŞİD ünsürləri bir daha Mosulun qərbindəki Baduş məntəqəsində bir neçə iraqlını edam ediblər ki, onların arasında bir qrup mühəndis və vəkil qadın müşahidə olunur.
İŞİD ünsürləri həmçinin Mosulun şərqində yerləşən Kukcəli məntəqəsinin saknlərinin mənzillərni onların vəsaitlərini qarət edəndən sonra partladırlar.

Teqlər