Avq 16, 2015 09:44 Asia/Baku
  • Bağdadda qanlı terror
    Bağdadda qanlı terror

Bağdadda baş vermiş terror aktında 15 nəfər həyatını itirib.

Skay Nyus-un verdiyi məlumata görə, şənbə günü axşam Bağdadın şərqində, Həbibiyə məntəqəsində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Bəzi yaralıların vəziyyəti ağır elan olunub.
Hadisə qurbanları əsasən sivil vətəndaşlardırlar.
İraq rəsmilərinin dediklərinə görə, İŞİD terrorçuları döyüş meydanında məğlubiyyət ilə üzləşdikdən sonra, xalq arasında qorxu hissi yaratmaq və insanların orduya birləşməsinə mane olmaq üçün, hərbçilərə, ordu və polis qüvvələrinə qarşı terror hücumlarını artırıblar.
İraq polisi həmçinin, Səlahəddin vilayətinin Bici şəhərində bomba quraşdırılmış 2 buldozer və 3 avtomobili aşkar və məhv ediblər.
İraqdan daxil olan başqa bir məlumata görə, İŞİD terror qruplaşması 15 iraqlı qadını, onların intim istəklərini yerinə yetirməkdən boyun qaçırdıqlarına görə Mosulun qərbində, Ğəzlani düşərgəsində edam ediblər.
İŞİD terror qruplaşması ötən 2 ayda təqribən 30 qadını "Nikah Cihadı"ndan imtina etdikləri üçün edam edib.

Teqlər