Suriyada bir neçə İŞİD komandiri öldürüldü
Avq 16, 2015 15:03 Asia/Baku
-
Suriyada bir neçə İŞİD komandiri öldürüldü
Suriya ordusu terrorçu dəstə başçılarından bir neçəsinin öldürülməsi və onların hərbi təchizatlarının məhv edilməsindən xəbər verib.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, bu ölkə ordusu bu gün ölkənin cənubunda yerləşən Dəra vilayətində, Nəimə və Dəra əl-Bələd məntəqələrində 6 terrorçu dəstə başçısını məhv edib.Suriya ordusu xalq müqavimət qüvvələrinin dəstəyi ilə Latakiya vilayətinin şiamlında da bir qrup terrorçunu öldürüblər.
Həmçinin, ordu qüvvələri və Livanın müqavimət qüvvələri Dəməşqin cənubunda yerləşən Zəbdani məntəqəsinin terrorçulardan təmizlənməsi əməliyyatının davamında, şəhərin qərb hissələrinə nəzarəti təmin ediblər.
Suriya ordusu həmçinin, terrorçuların Qüneytrdədəki təchizat anbarlarına raket zərbələri endiriblər.
Digər tərəfdən, Livanın əl-Əhd informasiya portalının verdiyi məlumata görə, terrorçu dəstə başçılarından olan Əbu Osman əl-Ətba Homs vilayətinin şimalında öldürülüb.