İraqın şimalında bir məntəqə İŞİD-in işğalınadan azad edilib
Avq 18, 2015 10:08 Asia/Baku
-
İraqın şimalında bir məntəqə İŞİD-in işğalınadan azad edilib
İraqda xalq qüvvələrinə bağlı Hizbullah batalyonları ölkənin şimalında yerləşən Tel Əbucərad məntəqəsini İŞİD-in işğalından azad edib.
İraqın "Süməriyə Nyus" informasiya portalının verdiyi məlumata görə, Hizbullah batalyonları bazar ertəsi günü Bicidə yerləşən Təl Əbucərad məntəqəsini azad ediblər.Bununla da İŞİD terrorçuları ilə Bici neftayırma zavodu arasındakı əlaqə yolu kəsilib.
Digər tərəfdən İraqın bir hərbi rəsmisi deyib: Bicidə yerləşən terrorçuların ruhiyyəsi xeyli zəifləyib.
Həmçinin, terrorçuların toplaşdığı məkanlara havadan raket zərbələrinin endirilməsi nəticəsində İŞİD 19 üzvünü itirib.
Başqa bir məlumata görə, bir qrup İŞİD terrorçusu da Bəqubənin şimal-qərbində məhv edilib.
İraqın təhlükəsizlik qüvvələri də daxil olan məlumatlar əsasında başlatdıqları əməliyyat zamanı bir terrorçunu və bir bomba quraşdırılmış avtomobili zərərsizləşdiriblər. Bu məlumata görə, İraq ordusunun bombaların zərərsizləşdirilməsi üzrə mütəxəssis qrupu aşkar edilən partlayıcı qurğuları zərərsizləşdirib.