Avq 20, 2015 13:21 Asia/Baku
  • İraqın qərbində İŞİD-in bir pilotsuzu süqut edib
    İraqın qərbində İŞİD-in bir pilotsuzu süqut edib

İraq ordusu terrorçu İŞİD qrupuna aid bir ədəd pilotsuzu vurub, yerə salıbdır.

Səhər telekanalınn məlumatına görə, İraq ordusunun komandanlarından olan Numan Əbudlzubəi deyib: Ordu qüvvələri hava müdafiəsi sahəsində terrorçu İŞİD qrupunun bir ədəd casusluq təyyarəsini Ələnbar vilayətinin Əlbəğdadi məntəqəsində vurub, yerə sala biliblər.
İraqla bağlı digər bir xəbərə əsasən, İraq polisinin komandanı Şakir Cudət cümə axşamı günü bildirib ki, iraqlı təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçuları arasındakı döyüşdə on bir terrorçu öldürülüb və onların üç avtomobili məhv edilibdir.
Şakir Cudət vurğulayıbdır ki, bu terrorçular Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərinin şərq istiqamətindən Fərat çayına doğru keçmək istəyiblər ki, orada yerləşən iraqlı qüvvələrin ağır atəşləri ilə üzləşiblər və bütün terrorçular məhv edilibdir.
Digər tərəfdən, İraqda xalq könüllü qüvvələrinin komandanı Muin Əlkazimi bildirib ki, Ərrəmadi şəhərinin İŞİD-in işğalından azad edilməsinə az qalır və iraqlı qüvvələr bu istiqamətdə əllərindən gələni edəcəklər.

Teqlər