İraqın şimalında bir kənd terrorçuların işğalından azad edilib
Avq 21, 2015 12:37 Asia/Baku
-
İraqın şimalında bir kənd terrorçuların işğalından azad edilib
İraqın Müdafiə Nazirliyi bu ölkənin Səlahəddin vilayətində yerləşən Samirra şəhərinin qərbindəki bir kəndin azad edilməsindən xəbər verib.
Ərəbcə Skay Nyus telekanalının məlumatına görə, İraqın Müdafiə Nazirliyinin sözçüsü Yəhya Rəsul Abdullah cümə günü bildirib ki, bu ölkənin ordu qüvvələri hava və təhlükəsizlik qüvvələrinin dəstəyi ilə terrorçu İŞİD qrupunun qüvvələrini Samirranın qərbində yerləşən Buğafil kəndindən çıxara və bir qrup terrorçunu öldürə biliblər.İraqın Müdafiə Nazirliyinin sözçüsü əlavə edib: İlk mərhələdə Buğafil kəndi təmizlənib və terrorçuların iki hərbi avtomobili məhv edilib. Eləcə də terrorçu İŞİD qrupunun on beşdən çox üzvü öldürülüb.
Yəhya Rəsul Abdullah vurğulayıb ki, hərbi əməliyyat davam edir və ordu, o sıradan hava qüvvələri bu əməliyyatı dəstəkləyirlər. Əslində düşmən geri oturub və öz mövqelərini buraxıb, gedibdir.