Bəhreyndə məscidlərin dağıdılması davam edir
Avq 23, 2015 18:07 Asia/Baku
Bəhreyndə məscidlərin dağıdılmasının davam etməsi bu ölkədə insan haqlarının pozulması faktlarından biridir.
Əlaləm telekanalının məlumatına görə, geniş daxili və beynəlxalq etirazlara rəğmən, Ali-Xəlifə rejiminin başçıları müsəlmanların müqəddəslərinə hörmətsizlik və məscidlərin dağıdılmasını öz təcavüzkar siyasətlərinin ön sıralarına çəkiblər.Bu istiqamətdə Ali-Xəlifə rejimi avqust ayında şiələrin namaz qıldıqları Şeyx Əziz Əlbəhrani məscidini dağıtmaq qərarına gəldi.
Bəhreyn padşahının fərmanı ilə təyin olunan Bəhreyn Cəfəri Vəqfləri Nazirliyi bildirib ki, Şeyx Əziz Əlbəhrani məscidi mehrabının dağıdılması onun Şeyx Əziz Əlbəhranin məqbərəsinə çevrilməsi məqsədilə həyata keçirilir. Bu, o deməkdir ki, Ali-Xəlifə rejimi şiələrin bu məsciddə camaat namazı qılmalarınıın qarşısını alır.
Bəhreyn vəkillərindən olan Abdullah Əlşəmlavi deyib ki, Şeyx Əziz Əlbəhrani məscidinin məqbərəyə çevrilməsi şiələrin məscidlərinin dağıdılması üzrə qanunsuz planın bir hissəsidir.
Bu istiqamətdə bəhreynli namazqılanlar Şeyx Əziz Əlbəhrani məscidinin mehrabının dağıdılmasına etiraz olaraq, aksiya keçiriblər.