Avq 26, 2015 13:52 Asia/Baku
  • Kərkukda Peşmərgə qüvvələrinin əməliyyatı dayandırılıb
    Kərkukda Peşmərgə qüvvələrinin əməliyyatı dayandırılıb

İraqın Kürd Peşmərgə qüvvələri bu ölkənin şimalında terrorçu İŞİD qüvvələrinin Kərkukdakı kəndlərin işğalına son qoyma əməliyyatına başlayıblar.

Şəfəq News internet xəbər saytının məlumatına əsasən İraqın kürd Peşmərgə qüvvələri bu gün İŞİD-ə qarşı beynəlxalq koalisiya adlı hava qüvvələrin himayəsi ilə Kərkukun işğal olunmuş kənd və qəsəbələrini azad etmək üzrə əməliyyata başlayıblar.
Təxminən bir il bundan qabaq terrorçu İŞİD qüvvələri İraqın şimal və şimal qərb bölgələrini ələ keçirməyə başlayandan sonra İraqın xəlqi və Kürd Peşmərgə qüvvəlrəi hərbi əməliyyat çərçivəsində bu bölgələrdəki terrorçuların işğalına son qoymağa səy göstərirlər.
Digər bir tərəfdən Əl-İslam batalyonunun komandanı Kərrar Əl-Xəfaci deyib: Terrorçu İŞİD qüvvələri özlərini İraq ordusu və xəlqi qüvvələrinin ardıcı qələbələri qarşısında məğlub gördükdən sonra maşınlarda bomba qurğuları yerləşdirmək , terror aktı törətmək və sivillərdən insan sipəri kimi istifadə etməyə təşəbbüs göstərirlər.

Teqlər