Avq 27, 2015 10:09 Asia/Baku
  • Ərdoğan erkən seçkilərin keçirilməsini müdafiə edib
    Ərdoğan erkən seçkilərin keçirilməsini müdafiə edib

Türkiyə prezidenti bu ölkədə erkən seçkilərin keçirilməsi üzrə qərarını müdafiə edib.

Anadolu xəbər agentliyinin məlumatına görə, Rəcəb Tayyıb Ərdoğan çərşənbə günü deyibki, koalisiya dövlətinin təşkili üzrə bütün səylər uğursuz qaldı və əsas qanuna görə, o, erkən seçkilərin keçirilməsi haqda bir qərar qəbul etməkdən başqa bir çarə görmədi.
Ərdoğan onun Türkiyə prezidenti vəzifəsində bu ölkə parlamentində ikinci böyük partiya olan CHP-yə dövlətin təşkilini tapşırmamasına görə, ona yönəlmiş tənqidlərə reaksiyada deyib: Partiyaların mövqeləri göstərdi ki, koalisiya dövlətinin təşkili mümkünsüzdür və bu üzdən, başqa bir partiyanın dövlət təşkil etməsinə ehtiyac yox idi.
Türkiyə prezidenti sonra bu ölkənin şəraitini olduqca həssas adlandıraraq, bəzi Qərb medialarını bu ölkədəki terror qruplarını təmizə çıxarmalarına görə tənqid edib.
Parlamentin ən böyük partiyası kimi Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunun qanuni müddətdə koalisiya dövlətinin təşkili üçün digər partiyalarla razılığa gələ bilməməsindən sonra Ərdoğan Türkiyə prezidenti kimi erkən seçkilərin keçirilməsi qərarına gəldi. Ərdoğanın bu qərarı elə bir haldadır ki, CHP koalisiya dövlətinin təşkili üçün öz şansısını sınaya bilmədi. Bu üzdən, Türkiyə prezidentinin qərarı tənqidlərlə üzləşib.
Türkiyədə erkən parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Teqlər