Avq 28, 2015 10:30 Asia/Baku
  • BMT rəsmisi Suriya böhranı haqda xəbərdarlıq edib
    BMT rəsmisi Suriya böhranı haqda xəbərdarlıq edib

BMT-nin yardım işləri üzrə məsul şəxsi Suriyadakı böhranlı durumdan nigaranlıq edib.

IRIB-nin məlumatına görə, Stiven Obrayn BMT-nin Təhlükəsizlik Şurasında Suriyadakı insan durumu barədə deyib ki, yüz minlərlə suriyalı terror qrupları tərəfindən hədəfə alınması nəticəsində sudan məhrum olub və avqustun 16-da Duma məntəqəsinə qarşı hücumda çoxlu sayda insan ölüb və yaralanıb.
O, əlavə edib: Dəməşqə qarşı hücumlar davam edir və onlarla nəfər ölüb və yaralanıbdır. Bu döyüşlər suriyalı uşaq və qadınlar üçün faciəli vəziyyət yaradıb və bu döyüşlər dayandırılmalıdır.
Bu BMT rəsmisi söyləyib: Mülkilərə hücum qanunsuz və qəbuledilməzdir və dayandırılmalıdır.
O, sonra deyib: Suriyanın infrastrukturlarının dağıdılması davam edir və silahlı qruplar, xüsusən adları terrorçu təşkilatların siahyısında olan qruplar su və işığı kəsiblər. Bu addımlar beynəlxalq qanunlara ziddir və bu addımlar dayandırılmalıdır.

Teqlər