İŞİD ilə döyüşdə İraqın müştərək qüvvələrinin uğuru
Avq 28, 2015 14:15 Asia/Baku
-
İŞİD ilə döyüşdə İraqın müştərək qüvvələrinin uğuru
İraqın təhlükəsizlik mənbələri terrorçu İŞİD qrupu ilə döyüşdə İraqın ordusu və xalq qüvvələrinin digər bir uğurundan xəbər veriblər.
İraqın Əlsuməriyyə telekanalının məlumatına görə, İraqın bir təhlükəsizlik mənbəyi İraqın ordusu və xalq qüvvələrinin terrorçu İŞİD qrupu ilə döyüşdəki irəliləyişlərinin davam etməsinə toxunaraq, bildirib ki, İraqın ordusu və xalq qüvvələri Səlahəddin vilayətinin Samirra şəhərinin qərbindəki Xətt Əllayn məntəqəsini İŞİD-çilərdən təmizləyə biliblər.İraqın ordusu və xalq qüvvələri habelə Səlahəddin vilayətinin Bici şəhəri yaxınlığındakı Təl Əlbucrad məntəqəsini tam nəzarətə ala biliblər. Onlar 36 terrorçunu məhv ediblər.
İraqın ordusu və xalq qüvvələrinin digər bir əməliyyatında Kərkük vilayətinin cənub-qərbindəki on bir kəndi İŞİD-in işğalından çıxarılıb. Bu əməliyyatda 40 terrorçu öldürülüb.
İraqın ordusu və xalq qüvvələri habelə xüsusi bir əməliyyatda terrorçu İŞİD qrupunun başçılarından olan Həsən Əlavi Əlkərbulini Ələnbar vilayətinin mərkəzi olan Əlrəmadi şəhərinin qərbində həbs ediblər.
İraqın ordusu və xalq qüvvələrinin terrorçu İŞİD qrupunu işğal olunmuş digər məntəqələrdən çıxarmaq üzrə əməliyyatı davam etməkdədir.
Qərbin və Türkiyə və Ərəbistan daxil olmaqla Amerikanın regional müttəfiqlərinin dəstəkləri ilə yaradılmış terrorçu İŞİD qrupu ötən ilin yayında İraqa girərək, bu ölkədə dəhşətli cinayətlər törədibdir.