Avq 30, 2015 10:15 Asia/Baku
  • Yəmən paytaxtında güclü partlayış
    Yəmən paytaxtında güclü partlayış

Frans-Press-in məlumatına görə, şənbə günü gecə bomba qoyulmuş bir avtomobil ABŞ-ın Səna şəhərindəki səfirliyi yaxınlığında partlayıb.

Şahidlər vurğulayıblar ki, bomba Yəmən şiələrinin məscidlərindən birinin yaxınlğında yerləşən Amerikanın Sənadakı səfirliyinə yaxın yoxlama-buraxılış məntəqəsində, şəhərin şimal-şərqindəki şose yolunun kənarında partlayıb.
Amerikanın Sənadakı səfirliyi 2014-cü ilin sentyabrında boşaldılıb və hazırda yəmənli qüvvələr onun ətrafında yerləşiblər.
İndiyədək bu partlayışın ehtimal olunan tələfatı haqda məlumat yayılmayıb.
Sudan və bəzi region ölkələri Ərəbistanın və Amerikanın başçılığı altında bir koalisiya formasında martın 26-da Yəmənə geniş hücumlara keçiblər. Bu hücumlarda məqsəd, Yəmənin fərari və istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq və Yəmən şəhərlərinin təhlükəsizliyinə nəzarət edən Ənsarullah xalq hərəkatının qüdrətlənməsinin qarşısını almaqdır.

Teqlər