Avq 31, 2015 14:14 Asia/Baku
  • Türkiyənin cənub şərqində partlayış törədilib
    Türkiyənin cənub şərqində partlayış törədilib

Türkiyənin cənub şərqində dəmir yol xətində partlayışın törədilməsi 3 hərbinin yaralanması ilə nəticələnib.

World Bulletin internet saytı Türkiyənin təhlükəsizlik rəsmilərinə istinadən yazıb: Bu ölkənin şərqində Mos vilayətində yük daşıyan bir qatar minaya toxunduqdan sonra relsdən xaric olub.
Türkiyənin təhlükəsizlik rəsmiləri PKK qruplaşmasını törədilən bu hadisədə təqsirkar bilirlər.
Bazar günü də Türkiyə mediaları Diyarbekir vilayətinin Kapinar şəhəri və Şirnak vilayətinin Silopi məntəqəsində PKK qüvvələrinin hücumunda iki polisin həlak olmasını bildirmişdir.
İyul ayından Türkiyənin müxtəlif bölgələri xüsusilə də Suruç şəhərində terrorçuların kürd himayəçilərə qarşı törətdiyi cinayətlərin ardınca qeyri-stabil vəziyyət hökm kəsilib. O tarixdə Suruç şəhərində törədilən hücumda 31 nəfər həlak olub 100-ə yaxın adam yaralanmışdır.

Teqlər