Livanlı etirazçılar Ekologiya Nazirliyinin binasını ələ keçiriblər
Sen 02, 2015 10:54 Asia/Baku
-
Livanlı etirazçılar Ekologiya Nazirliyinin binasını ələ keçiriblər
Onlarla livanlı etirazçı zibil böhranına etiraz olaraq, Beyrutda Livan Ekologiya Nazirliyinin binasını ələ keçirib.
Livanın Əlminar telekanalının məlumatına görə, livanlı etirazçılar çərşənbə axşamı günü Beyrutda Livan Ekologiya Nazirliyinin binası önündə aksiya keçirərək, bu ölkənin ekologiya naziri Muhəmməd Əlməşnuqun istefa verməsini tələb ediblər.Bu məlumata görə, livanlı etirazçılar Əlməşnuqun kənarlaşdırılmasına dair şüarlar verib və nazirliyin işçiləri və Livan vətəndaşlarını bu aksiyaya qatılmağa səsləyiblər.
Eirazçılar bundan öncə vəd vermişdilər ki, Livan dövlətinin üç gün ərzində onların tələblərini yerinə yetirməyəcəyi halda öz hərəkətlərinin şiddətini artıracaqlar.
Beyrut zibiltoplama məntəqəsinin iyulun 17-də bağlanması bu şəhəri və ətraf məntəqələri böyük problemlə üzləşdirib və bu məntəqələrin sakinlərinin kəskin etirazlarına bais olubdur.
Beyrut şəhəri boyunca zibilllərin yığışdırılmaması ilə Livanın Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, zibil böhranının həlll olunmayacağı təqdirdə ölkə ümumi sağlamlıq böhranı ilə üzləşəcək.