Sen 03, 2015 09:23 Asia/Baku
  • Yəmənli qüvvələr Yəmənin cənubundakı silahlı şəxslərlə mübarizəyə hazırdırlar
    Yəmənli qüvvələr Yəmənin cənubundakı silahlı şəxslərlə mübarizəyə hazırdırlar

Yəmənin Ənsarullah xalq hərəkatının üzvü bu ölkənin ordusu və xalq qüvvələrinin Yəmənin cənubundakı silahlı şəxslərlə mübarizəyə hazır olduqlarını vurğulayıb.

Ənsarullah xalq hərəkatının Siyasi Şurasının üzvü Muhəmməd Əlbəxiti çərşənbə günü Sputnik xəbər agentliyi ilə müsahibədə Yəməndə hərbi qüdrət müvazinətinin Ənsarullah xalq hərəkatının xeyrinə olduğunu deyərək, vurğulayıb ki, Yəmənin ordusu və xalq qüvvələri bu ölkənin fərari və istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan silahlı şəxslərin Yəmənin paytaxtı Sənaya qarşı hər cür hücumu ilə mübarizəyə tam hazırdır.



Muhəmməd Əlbəxiti əlavə edib: Ənsarullah hərəkatı Yəmən xalqının iradəsi ilə hər cür hücuma mane olacaq və hər cür hücumu məğlubiyyətə uğradacaqdır.



Ənsarullah xalq hərəkatının bu məsul şəxsi vurğulayıb ki, Yəmənin fərari və istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan silahlı şəxslər bəzi məntəqələrdə məhdud irəliləyişlər əldə ediblər, amma xalq qüvvələri əksər məntəqələrdə, xüsusən sərhəd məntəqələri olan Nəcran, Əsir və Cazan məntəqələrində təşəbbüsü ələ alıblar.

Teqlər