Sen 07, 2015 10:50 Asia/Baku
  • İraq F-16-ları İŞİD əleyhinə əməliyyata başladı
    İraq F-16-ları İŞİD əleyhinə əməliyyata başladı

İraqın F-16 qırıcı təyyarələri İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyata başlayıblar.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, İraqın F-16 qırıcı təyyarələri Müdafiə Nazirliyinin təsdiqini almaqla işğal olunmuş ərazilərdə İŞİD-in mövqlərinə qarşı hücumlara başlayıblar.


İraqın Hərbi Hava Qüvvələrinin komandanı general Ənvər Həma Əmin mətbuat konfransında bildirib: Dəqiq məlumatlar əldə etmək üçün yaxşı imkanlara malik F-16 qırıcı təyyarələrindən istifadə etməklə ötən bir neçə gün ərzində İŞİD terror qruplaşmasının mövqeləri bombardman edilib və onlara çox ağır tələfat vurulub.


2012-ci ildə Nuri Malikinin başçılıq etdiyi İraq hökuməti ilə ABŞ arasındakı müqaviləyə əsasən 36 ədəd F-16 qırıcı təyyarəsi 2014-cü ildə Bağdada təhvil verilməli idi. Bir il təxirdən sonra nəhayət ötən bazar ertəsi günü 4 ədəd F-16 qırıcı təyyarəsi Amerikanın Arizona ştatından havaya qalxaraq Bağdadın şimalında Bələd hava bazasında eniş edib.


Bu müqavilə əsasənda İraqın hərbi hava qüvvələrinin 40 pilotu Amerikada lazımi kursu keçib və uçuşlara icazə alıb.


Həmçinin ərəb mənbələri İraqın qərbində əl-Anbar vilayətinin Hədisə şəhərini ələ keçirməyə can atan İŞİD terror qruplaşması ünsürlərinin məğlub olduğunu bildiriblər.


Ər-Rəmadi şəhərinin qərbində əl-Hədisə şəhərinin xalq qüvvələrinin dəstəyi ilə İraq ordusunun keçirdiyi əməliyyatın davamında İŞİD terrorçularının bu şəhəri ələ keçirmək üzrə cəhdi məğlubiyyətə uğrayıb.


İŞİD terrorçuları ötən bir ildə əl-Hədisə şəhərinə davamlı hücumlar etməklə yanaşı bu şəhəri bütün istiqamətlərdən mühasirəyə alıb.


İraq hökuməti əl-Hədisə şəhərinə öz yardımlarını bu şəhərin 40 kilometrliyində yerləşən əl-Bağdadi aeroportu vasitəsi ilə həyata keçirir.


Digər bir məlumata görə, İraqda terrora qarşı əməliyyat nəticəsində ən azı 40 terrorçu, o cümlədən Təl-Əfər bölgəsində İŞİD-in başçılarından olan Həsən Möhsün əl-Cəlabi öldürülüb.


Bu arada İraqın yerli və təhlükəsizlik mənbələri bildiriblər: Əl-Anbar vilayətinin qərbində Fəllucə şəhərində yerləşən terrorçular sivillərdən bu şəhərdən çıxmaq üçün 2000 dollar tələb edirlər.


Bağdadın qərbində yerləşən Fəllucə şəhəri İraq təhlükəsizlik qüvvələrinin tam nəzarətindədir.


Səlahəddin vilayətinin Amirli bölgəsində Türkmani 16-cı diviziyasının komandanı Əbu Rza Nəccar əl-Mədi Press İnformasiya Agentliyi ilə müsahibədə deyib: İraqın dini mərcəiyyətinin təkidlərinə cavab olaraq İŞİD terror qruplaşmasına qarşı döyüşlərdə könüllü qüvvələrin kənarında döyüşmək məqsədilə 100 könüllü türkmən qadın öz hərbi təlimlərini başa vurub.

Teqlər