Ərdoğan HDP-yə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197514-Ərdoğan_hdp_yə_xəbərdarlıq_edib
Türkiyə prezidenti Türkiyənin Xalqların Demokartik partiyası HDP-yə terrorizmi dəstəkləmək barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2015 13:40 Asia/Baku
  • 
Ərdoğan HDP-yə xəbərdarlıq edib
    Ərdoğan HDP-yə xəbərdarlıq edib

Türkiyə prezidenti Türkiyənin Xalqların Demokartik partiyası HDP-yə terrorizmi dəstəkləmək barədə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının World Bulleten xəbər portalına istinadla verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü HDP-dən terrorçu qruplaşma adlandırdığı Kürdüstan Fəhlə Partiyası PKK-dan uzaqlaşmasını istəyib.


Türkiyə prezidenti deyib: HDP terrorizm və sülh arasında birini seçməlidir.


Rəcəb Tayyib Ərdoğan əlavə edib: HDP-nin PKK-nı dəstəkləməsinin ağır bədəli olacaqdır.


Türkiyə prezidenti terrorçularla mübarizə üçün hərbçilərin fəaliyyətində maneə yaradan bəzi siyasətçilərin bu hərəkətləri dayandırmalarını istəyib.


Bu arada Xalqların Demokratik Partiyası HDP-nin sədri Səlahəddin Dəmirtaş çərşənbə günü Türkiyə hökumətinin region prosesləri üzrə xarici siyasətini yararsız adlandırıb.