Suriya ordusunun hücumlarında terrorçular öldürülüb
Sen 15, 2015 14:37 Asia/Baku
-
Suriya ordusunun hücumlarında terrorçular öldürülüb
Suriya ordusunun bu ölkənin müxtəlif bölgələrində keçirdiyi əməliyyatda çoxlu sayda terrorçu öldürülüb və yaralanıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, Suriya ordusunun Hələb şəhərinin şərqində əl-Səfirə bölgəsi və İdlib şəhərinin şimalında Təftnaz bölgəsində terrorçuların mövqelərinə hava hücumunda bir neçə terrorçu öldürülüb və yaralanıb.Dəra şəhərinin şimal ətrafında da bir qrup terrorçu məhv edilib.
Suriya ordusu qırıcı təyyarələri həmçinin Həmada Ceyşül-Fəth qruplaşmasına bağlı terrorçuların mövqelərini məhv ediblər. Təkfirçilər 23 ünsürünün öldürüldüyünü etiraf ediblər.
Ceyşül-İslam adlı silahlı qruplaşmanın gizli məkanları və avtomobilləri də suriyalı qırıcıların Duma şəhərinin ətrafına hücumunda məhv edilib.
Bu arada ən azı 7 terrorçu, o cümlədən Çeçenistan vətəndaşı olan terrorçular Suriya ordusunun Laziqiyyə şəhərinin şimalında yerləşən əl-Rövzə kəndində keçirdiyi əməliyyatda öldürülüb.
Suriya ordusunun Homs vilayətidə Palmiranın əl-Məqali məntəqəsi ətrafında keçirdiyi əməliyyatda da 15 İŞİD terrorçusu öldürülüb.
Həmçinin Suriya ordusu arsenalı əl-Həsəkə şəhərinin ətrafında İŞİD terror qruplaşmasının mövqelərini atəşə tutub.
Digər tərəfdən Suriya ordusu və Livan müqavimət qüvvələri Dəməşqin əl-Zibdani məntəqəsi ətrafında 500 metr uzunluğunda tuneli aşkarlayaraq məhv ediblər.
Təkfirçi terrorçular bu tuneldən hərbi silah-sursatın daşınması üçün istifadə edirlərmiş.