Suriya ordusu terrorçulara qarşı hərbi əməliyyatları davam etdirir
Sen 17, 2015 14:57 Asia/Baku
-
Suriya ordusu terrorçulara qarşı hərbi əməliyyatları davam etdirir
Suriya ordusunun ölkədə sabitlik və təhlükəsizliyin təmin edilməsi üzrə hərbi əməliyyatları davam edir.
Əl-Aləm kanalının məlumatına görə, Suriya ordusu ölkənin cənubunda yerləşən Rif Dəməşq vilayətinin müxtəlif məntəqələrində, xüsusilə də strateji əhəmiyyət daşıyan Əbuzeyd yüksəkliklərini terrorçuların işğalından azad edib.Bu əməliyyat zamanı Suriya ordusu "Ceyşül-İslam" adlı terror qruplaşmasına bağlı çoxlu sayda terrorçunu, onlara məxsus silah və hərbi təchizatları məhv edib.
Suriya ordusu həmçinin, Livan müqavimətinin dəstəyi ilə Rif Dəməşq vilayətində yerləşən Zəbdani şəhərinin daha bir neçə məntəqəsini o cümlədən bir neçə dövlət binasını terrorçuların işğalından azad edib.
Bu əməliyyat zamanı terrorçuların qərargahı, silahları və hərbi təchizatları da məhv edilib.
Həmçinin, Suriya ordusu Dəməşq-Sənəmeyn-Əzrə-Dəra magistral yolunun təhlükəsizliyini təmin etməyi bacarıb.