İraqın Neynəva vilayətində İŞİD hər gün 50 nəfəri edam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197691-İraqın_neynəva_vilayətində_İŞİd_hər_gün_50_nəfəri_edam_edir
Bir İraq rəsmisi İŞİD-in Neynəva vilayətində hər gün orta hesabla 50 nəfəir edam etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2015 04:45 Asia/Baku
  • İraqın Neynəva vilayətində İŞİD hər gün 50 nəfəri edam edir
    İraqın Neynəva vilayətində İŞİD hər gün 50 nəfəri edam edir

Bir İraq rəsmisi İŞİD-in Neynəva vilayətində hər gün orta hesabla 50 nəfəir edam etdiyini bildirib.

PressTV-nin məlumatına görə, İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Nayif əl-Şəmmari cümə axşamı İraqın Süməriyyə telekanalı ilə müsahibədə İŞİD-in Neynəva vilayətində bir çox cinayətə imza atdığını və məntəqə sakinlərinin kütləvi şəkildə qətlə yetirildiyini bildirib.
Nayif əl-Şəmmari daha sonra Neynəva vilayətinin İŞİD-in işğalından azad edilməsi əməliyyatının sürətləndirilməsinə təkid edərək, bu vilayət sakinlərinin təkfirçilərin caynağından qurtarılmasını zəruri adlandırıb.