Sen 20, 2015 14:58 Asia/Baku
  • Terrorçular İraqın şimalında yeni cinayət törədiblər
    Terrorçular İraqın şimalında yeni cinayət törədiblər

İŞİD terror qruplaşması İraqın şimalında 24 iraqlını qətlə yetirib.

Səhər Beynəlxalq Televiziyasının əl-Süməriyyə xəbər portalına istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşması Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərində 24 İraq vətəndaşı, o cümlədən bir jurnalisti edam edib və onların cəsədlərini insanların gözü qarşısında doğrayıb.
Digər tərəfdən Neynəva vilayətində bir hərbi rəsmi deyib: İŞİD Səma əl-Mosul telekanalının operatoru Qəhtan Salmanı heç bir səbəb olmadan bu şəhərdə edam edib.
Vyanada Beynəlxalq Mətbuat İnstitutu bildirib: İŞİD terror qruplaşması 2015-ci ildə indiyə qədər 61 jurnalist, o cümlədən 13 iraqlı jurnalisti qətlə yetirib.
Həmçinin yerli dairələr bildiriblər ki, İŞİD terror qruplaşması ünsürləri əl-Həvicə məntəqəsində İŞİD-ə biət etməkdən boyun qaçırdığına görə Kərkük məscidlərinin 10 imam cüməsini oğurlayıblar.

Teqlər