İŞİD terrorçuları Suriyada cinayətlər törədirlər
Sen 21, 2015 19:44 Asia/Baku
-
İŞİD terrorçuları Suriyada cinayətlər törədirlər
İŞİD terror qruplaşması Suriyada cinayətlərinin davamında Deyruz-Zur vilayətində bir suriyalı qızı edam edib.
Səhər Beynəlxalq Televiziyasının Birləşmiş Ərəb Əmirliklərinin 24 xəbər portalına istinadlı məlumatına görə, əksər edamları kişilərə aid olan İŞİD terror qruplaşması Deyruz-Zur vilayətinin şərqində Xişam kəndi sakini 22 yaşlı qız Xələf əl-Fəshəli İŞİD ünsürlərini terror etmək üçün proqram hazırlamaq bəhanəsi ilə edam edib.Xələf əl-Fəshəl iki ay öncə İŞİD ünsürləri tərəfindən həbs olunmuşdu.
İŞİD terror qruplaşması həmçinin Suriyanın şimalında Hələb vilayətində bir suriyalı yaşlı kişini digər bölgələrə silah qaçaqçılığı etmək bəhanəsi ilə qətlə yetirib və onun əmlakını zəbt edib.
Bu arada bildirilib ki, Suriya ordusunun Laziqiyyənin şimal ətrafında yerləşən Şəhrurə və Zahiyə kəndlərində keçirdiyi əməliyyat nəticəsində onlarla terrorçu öldürülüb.
Digər bir məlumata görə, Suriya qırıcı təyyarələrinin Palmira şəhəri və onun ətrafı və Hill neft quyusunu bombalaması nəticəsində bir qrup terrorçu öldürülüb.