Suriyalı qırıcıların Palmiraya hücumunda 20 İŞİD-çi öldürülüb
Sen 24, 2015 09:44 Asia/Baku
-
Suriyalı qırıcıların Palmiraya hücumunda 20 İŞİD-çi öldürülüb
Suriya ordusu qırıcı təyyarələrinin hücumunda Palmirada 20 İŞİD ünsürü öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Suriya ordusu bu ölkənin mərkəzində yerləşən Palmiraya hava hücumlarını artıraraq 20 İŞİD terrorçusunu öldürüb.Suriya ordusu qüvvələri təxminən ötən bir həftədə Palmira şəhəri və onun ətrafında İŞİD mövqelərinə hava hücumlarını artırıblar və bu hücumlar bazar ertəsi günü ən azı 38 terrorçunun öldürülməsi ilə nəticələnib.
İŞİD ötən may ayında YUNESKO-nun beynəlxalq irs siyahısında qeydə alınan Palmira şəhərini işğal edib və indiyə qədər bu şəhərin bir çox önəmli arxeoloji abidəsini, o cümlədən Bəl Şəmin və Bol məbədlərini dağıdıb.