Sen 24, 2015 13:30 Asia/Baku
  • Ərəbistan müsəlmanları etnik və dini cəhətdən təhrik edir
    Ərəbistan müsəlmanları etnik və dini cəhətdən təhrik edir

Yəmən Ənsarullahı Hərəkatının sözçüsü deyib: Səudiyyə Ərəbistanı həcc əməllərindən müsəlmanları etnik və dini cəhətdən Yəmən xalqına qarşı təhrik etmək üçün istifadə edir.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Məhəmməd Abdussalam Ərəbistan müftisinin Ərəfə günündə "Yəmənə hücum vacibdir və Allaha itaət kimidir" sözlərinə toxunaraq deyib: Ərəbistanda Ərəbə günündəki xütbələrdə müşahidə olunan etnik kin-küdurət, yalan və puç ittihamlardır.
Ərəbistan müftisi Əbdüləziz Ali-Şeyx Ərəfə günü xütbəsində Yəmən Ənsarullah Hərəkatını islam dünyasında təfriqə yaratmaqda suçlayıb və iddia edib ki, bu hərəkat pislikləri islam dünyasına daxil edib.
Səudiyyəli müftinin açıqlaması elə bir haldadır ki, Ərəbistan və müttəfiqlərinin 26 martdan Yəmənin istefa vermiş fərari hökumətini iqtidara qaytarmaq və bu ölkəyə öz istilasını davam etdirmək bəhanəsi ilə bu ölkəyə hücumlara başlayıb. Nəticədə minlərlə yəmənli həlak olub və yaralanıb.
Ali-Səud rejimi hər il bütün dünya müsəlmanlarına aid olan Həcc mərasimindən öz siyasi strategiyalarını təbliğ etmək üçün faydalanır.

Teqlər