Səudiyyə müftisinin ərəbistanlı rəsmilərin bəraəti üzrə səyi
Sen 27, 2015 10:55 Asia/Baku
-
Səudiyyə müftisinin ərəbistanlı rəsmilərin bəraəti üzrə səyi
Vəhhabi mənbələr səudiyyə başçılarını təmizə çıxarmaq üçün qanlı Mina hadisəsini qəzavü-qədər adlandırıblar.
Əlaləm telekanalının məlumatına görə, ifratçı səudiyyəli müfti Muhəmməd Ələrifi yüzlərlə hacının ölməsi və yaralanması ilə nəticələnmiş Mina hadisəsi ilə bağlı Ali-Səud rejimini müdafiə etmək üçün iddia edib ki, Minada baş verənlər qəzavü-qədər olubdur.O, habelə ərəbistanlı başçıların həcc mərasiminin idarəçiliyindəki zəifliyini əsaslandırmaq üçün deyib ki, ölüm qəzavü-qədərdir və bu məsələnin təqdimi və təxiri yoxdur.
Muhəmməd Ələrifi İŞİD terror qrupunu dəstəkləyən və onun yaradılmasında rol oynayan vəhhabi təbliğatçılardandır.
Digər tərəfdən, rəsmi mənbələr və mediaların Mina hadisəsində ölənlərin sayını 1300 və yaralıların miqdarını 3000 nəfərdən çox elan etdikləri bir halda, Ərəbistanın səhiyyə naziri Xalid Əlfalih bu ölkə başçılarının həddən artıq səhlənkarlıqlarını gizlətmək üçün iddia edib ki, ölənlərin sayı 769, yaralıların miqdarı isə 934 nəfərdir.