Türkiyənin cənub-qərb sahillərində 17 mühacir həlak olub
Sen 27, 2015 19:37 Asia/Baku
Türkiyə mediaları bu ölkənin cənub-qərb sahillərində mühacirləri daşıyan bir qayığın çevrilməsindən xəbər veriblər.
IRIB-nin məlumatına görə, bazar günü Türkiyənin Bodrum limanı yaxınlığında bir qayığın çevrilməsi nəticəsində əksəriyyəti suriyalı olan azı on yeddi mühacir həlak olub.Hələ bu mühacirlərin milliyəti və onların qayıqlarının batmasının səbəbi barədə bir məlumat yoxdur.
Yaxın Şərqdə, xüsusən Suriyada əmin-amansızlığın şiddətlənməsi ilə bir vaxtda, Avropaya istiqamət alan mühacirlər axını artıbdır.
Beynəlxalq Mühacirlər Təşkilatı son zamanlar bildirib ki, 2015-ci ilin əvvəlindən bəri Aralıq dənizi vasitəsilə bütövlükdə 473 min 887 mühacir Avropa ərazisinə daxil olub.
Mühacirlər böhranı, qayığın çevrilməsi nəticəsində onlarla suriyalı mühacirin həyatını itirdiyi sentyabrın ikisindən bəri yeni forma alıbdır.