İraqın əl-Ənbar vilayətində onlarla sünnü edam edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198267-İraqın_əl_Ənbar_vilayətində_onlarla_sünnü_edam_edildi
İŞİD terror qruplaşması daha 70 iraqlını edam etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2015 09:34 Asia/Baku
  • İraqın əl-Ənbar vilayətində onlarla sünnü edam edildi
    İraqın əl-Ənbar vilayətində onlarla sünnü edam edildi

İŞİD terror qruplaşması daha 70 iraqlını edam etdi.

İraqın sünnü Bu Nəmr qəbiləsinin başçısı Nəim əl-Kəud Fransa xəbər agentliyi ilə müsahibədə deyib: İŞİD terror qruplaşması İraq dövləti ilə müttəfiq olan sünnü Bu Nəmr qəbiləsinin 70 üzvünü Əl-Rəmadinin şimalında, Sərsar məntəqəsində edam edib.
Nəmid Kəud əlavə edib: Edam olunan şəxslər İŞİD ilə döyüşən polis və hərbçilərin habelə, qəbilə savaşçılarının ataları və qardaşları olublar.
İŞİD terror qruplaşması həmçinin, 75 iraqlını Kərkük şəhərinin cənub-qərbində oğurlayıblar.
İŞİD terrorçuları Hüveycə şəhərinin sakinlərindən olan bu 75 nəfəri oğurladıqdan sonra onların qarşısına iki seçim qoyublar: İŞİD ilə əməkdaşlıq və ya edam.