Okt 10, 2015 12:35 Asia/Baku
  • Ərəbistanda sərt iqtisadi siyasət
    Ərəbistanda sərt iqtisadi siyasət

Ərəbistanın qeyri-münasib iqtisadi durumu bu ölkə kralını sərt iqtisadi siyasətlər yeritməyə vadar edib.

Rəyulam qəzetinin məlumatına görə, Ərəbisan kralı Salman bin Əbdüləziz bu ölkə büdcəsinin iyirmi faizlik çatışmazlığına görə, müxtəlif sektorlarda geniş sərt iqtisadi siyasətlər elan edib.
Qəzet Fars Körfəzi ətrafında yerləşən ölkələrdəki bəzi agah iqtisadi mənbələrə istinadla Ərəbistanın sərt iqtisadi siyasətlərinin ən bariz xətlərini rəsmi idarə xidmətləri xərclərinin artması, həmçinin yanacaq, elektrik, su və bəzi digər əsas mallar üzrə güzəştlərin azalması elan edibdir.
Belə bir halda, Londonda çıxan Qardian qəzeti cüməgünkü sayında Ərəbistan kralının bu ölkənin maliyyə nazirinə ünvanlanmış 28 sentyabr tarixli və "son dərəcə məxfi" təsnifatı altında olan məktubunun məzmununu ifşa edərək bildirib ki, bu sənəd də cari milad ilindən qalan aylar ərzində səudiyyə dövlətinin xərclərinin azaldılması vacibliyini vurğulayır.
Bütün yeni infrastruktur layihələrin təcili surətdə dayandırılması; hər bir dövlət fəaliyyəti üçün təchizat və vəsaitlər, eləcə də avtomobilin satın alınmasının dayandırılması; bütün idarə səviyyələrində dərəcənin artırılması və ya işəgötürmənin qarşısının alınması cari ilin sonunadək dövlət xərclərinin azaldılması çərçivəsində tətbiq olunacaq addımlardandır.
Neftin qiymətinin hər barreldə əlli dollardan aşağıya enməsi, Ərəbistanın ümumi milli gəlirinin doxsan faizini təşkil edən bu ölkənin neft gəlirlərini təqribən yarıya çatdırıbdır.
Birjada da Ərəbistanın paylarının ötən on iki aydakı göstəricisi təqribən otuz faiz azalıb və səudiyyə dövləti Yəmən və Suriyada savaşların ağır xərcləri xüsusiyyət təşkil etməklə büdcə çatışmazlığı və digər maliyyə problemləri ilə mübarizə üçün öz maliyyə ehtiyatlarından təqribən 75 milyard dollar götürməyə məcbur olubdur.

Teqlər