Okt 22, 2015 10:48 Asia/Baku
  • Ankara terror aktı Türkiyə təhlükəsizlik xidmətlərinin yanlış nəticəsidir
    Ankara terror aktı Türkiyə təhlükəsizlik xidmətlərinin yanlış nəticəsidir

Türkiyənin Tunceli şəhəri polis idarəsinə aid rəsmi sənədin yayılması Ankaradakı son terror aktının bir yanlış informasiyanı nəticəsi olduğunu göstərir.

Səhər Beynəlxalq Televiziyasının Zaman qəzetinə istinadla verdiyi məlumata görə, Türkiyənin Fox TV News telekanalının direktoru Ercan Gün tərəfindən yayımlanan bu sənədlər 2015-ci il 17 sentyabr tarixinə aiddir. Bu sənəddə Türkiyənin bütün təhlükəsizlik xidmətlərinə Türkiyədə İŞİD tərəfindən böyük hücumun edilməsi barədə xəbərdarlıq olunubmuş.
Bu sənədlərə əsasən, Suriyanın Deyruz-Zur şəhərində yerləşən bir düşərgədə xüsusi bir terror dəstəsi bu hücumu etmək üçün xüsusi şəkildə təlim keçib.
Bu sənədlərdə həmçinin qeyd olunub ki, bu qruplaşma Türkiyənin müxtəlif bölgələrində irimiqyaslı aksiyaların keçirilməsi ilə yanaşı terror aktları törədəcək.
Bu məlumata görə, Türkiyənin Hürriyyət qəzeti də ötən cümə günü ifşa edib ki, bu ölkənin təhlükəsizlik xidmətləri Ankara terror aktından üç gün öncə belə bir hücumun baş verməsi ehtimalından xəbərdar imişlər.
10 oktyabrda Ankara şəhərində iki partlayış nəticəsində ən azı 102 nəfər həlak oldu və çoxlu sayda insan da yaralandı.
Bu terror aktı ardınca, Türkiyə hökuməti müxalifət və bəzi medialar tərəfindən bu hücumların önlənməsində acizlik və təhlükəsizlik xidmətlərinin zəifliyinə görə sərt şəkildə tənqid olunub.

Teqlər