İraqda yüzlərlə girov İŞİD-dən azad olunub
Okt 24, 2015 13:01 Asia/Baku
-
İraqda yüzlərlə girov İŞİD-dən azad olunub
İraq ordusu keçirdiyi əməliyyatda İŞİD terror qruplaşmasından Bunəmər köçərilərindən 350 girovu azad edib.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, İraq ordusu əl-Anbar vilayətində İŞİD terror qruplaşması tərəfindən girov götürülən Bunəmər köçərilərindən 350 nəfəri azad edib.İraq ordusunun Müharibə Təbliğatı İdarəsi bildirib: İŞİD terror qruplaşması bundan öncə Bunəmər köçəriləri girovlarının evlərini dağıdıblar və İraq hökuməti ilə əməkdaşlıq etmək ittihamı ilə onları edam etmək istəyiblər.
İraq rəsmilərinin bildirdiyinə görə, bu ölkə ordusu qüvvələri 75 ailə çərçivəsində əksəriyyətini yaşlılar və uşaqlar təşkil edən 350 nəfəri azad edərək digər bölgəyə aparıblar.
İraq rəsmiləri bildiriblər ki, İŞİD ünsürləri ötən il bir ay ərzində Bunəmər köçərilərindən 500 nəfəri onların hökuməti dəstəkləməsinin əvəzini çıxmaq üçün terrorçuların qarşısında qətliam ediblər.