Aşura günündə Kərbəla zəvvarlarının sayı 6 milyon nəfəri ötüb keçdi
Okt 25, 2015 09:54 Asia/Baku
İraqın Kərbəla vilayət şurası məclisinin sədri bu şəhərdə Hüseyn Aşurası mərasimində iştirak edən zəvvarların sayını altı milyon üç yüz min nəfər elan edib.
IRNA-nın məlumatına görə, Nəsif Əlxəttabi əlavə edib: Builki Hüseyn Aşurası mərasimində İraqın hər yerindən altı milyon və digər ölkələrdən də üç yüz min nəfər Kərbəlaya daxil olmuşdu.O, həmçinin Aşura mərasiminə xas təhlükəsilzik və xidmət layihələrinin icrası haqda deyib ki, təhlükəsilzik və xidmət layihələri uğurla həyata keçirilib.
Əlxəttabi İraqın təhlükəsizlik və xalq könüllü qüvvələrindən iyirmi milyondan çox insanın iştirak etdiyi Bağdad təhlükəsizlik planı barədə deyib ki, ilk dəfə F-16 qırıcılarından istifadə olunub.
Kərbəla vilayət şurası məclisinin sədri həmçinin İmam Hüseyn(ə) zəvvarlarına xidmətin göstərilməsi layihəsini uğurlu dəyərləndirərək, deyib: Özünün bütün maliyyə köməyi ilə meydana girmiş xalqın iştirakı və həmkarlığı ilə zəvvarlara xidmətin göstərilməsi layihəsi də uğurla keçirilib.