Bəhreyndə siyasi fəallar işgəncə edilir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198907-bəhreyndə_siyasi_fəallar_işgəncə_edilir
Bəhreyn insan haqları fəalı Ali-Xəlifə rejimini siyasi fəalları işgəncə etməkdə suçlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2015 15:21 Asia/Baku
  • Bəhreyndə siyasi fəallar işgəncə edilir
    Bəhreyndə siyasi fəallar işgəncə edilir

Bəhreyn insan haqları fəalı Ali-Xəlifə rejimini siyasi fəalları işgəncə etməkdə suçlayıb.

Səhər Beynəlxalq Televiziyasının Russia Today telekanalına istinadla verdiyi məlumata görə, Bəhreyn insan haqları fəalı Məryəm Xacə deyib: Ali-Xəlifə rejimi müxtəlif formalarla həbs olunan siyasi fəalları işgəncə edir.
Məryəm Xacə əlavə edib: Bəhreyndə elə ailələr vardır ki, onların bəzi üzvləri 100 ildən çox həbsə məhkum olunub və onların bir çoxu işgəncə edilib.
Bəhreyn rejimi 2011-ci il fevral ayında xalq etirazları başlandıqdan indiyə qədər xalq qiyamını yatırmaq üçün heç bir səyi əsirgəməyib və inqilabçıları yatırmaqdan əlavə yüzlərlə etirazçını həbs edib və onlarla nəfəri əsassız ittihamlarla cəzalandırıb.
Bəhreyn xalqı azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş quruluşun iqtidara gəlməsini istəyir.