Türkiyə baş nazirliyinin iddiası
Okt 29, 2015 18:30 Asia/Baku
-
Türkiyə baş nazirliyinin iddiası
Türkiyə baş nazirliyinin tabeliyində olan ümumi diplomatiya idarəsi iddia edib ki, ötən doqquz ayda Türkiyədə 285 İŞİD üzvünü həbs edib.
Bu idarə tərəfindən yayılan məlumata əsasən, həmin müddətdə terrorçu İŞİD qrupuna aid çoxlu miqdarda silah və partlayıcı maddə aşkarlanıb və müsadiə olunubdur.Bu məlumata görə, 2015-ci ilin ilk doqquz ayında Türkiyədə İŞİD-in həbs olunmuş qüvvələrindən qırx qumbara, on iki uzaq mənzilli silaha şamil olan yetmiş üç silah, partlayıcı maddələrin düzəldilməsində işlədilən iki min yedi yüz kiloqram kimyəvi maddə və üç yüz kiloqram TNT aşkarlanaraq, müsadiə olunubdur.
Bu məlumatda İŞİD qüvvələrinin Türkiyəyə daxil olmalarına mane olmaq üçün Türkiyənin ordu qüvvələri tərəfindən bu ölkənin Suriya ilə sərhədlərində görülmüş təhlükəsizlik tədbirlərinə işarə edilir və deyilir ki, doqquz ay ərzində qanunsuz gediş-gəliş səbəbindən Türkiyənin Suriya ilə sərhədlərində 196 min 763 nəfər həbs olunub.
Türkiyə dövləti ötən illərdə İŞİD qüvvələrinin bu ölkə torpağından gediş-gəlişlərində səhlənkarlığa yol verdiyi üçün müxaliflərin kəskin tənqid atəşlərinə məruz qalıbdır.
Qərb mediaları indiyədək dəfələrlə İŞİD-in xarici qüvvələrinin Türkiyə ərazisindən Suriya torpağına keçmələri ilə bağlı təsvirləri yayıblar.