Okt 30, 2015 14:37 Asia/Baku
  • Suriya ordusu terrorçulara qarşı əməliyyat keçirib
    Suriya ordusu terrorçulara qarşı əməliyyat keçirib

Suriya ordusu qüvvələri bu ölkənin şimal və şərqində irəliləyərək çoxlu sayda terrorçunu məhv ediblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya ordusu qüvvələri Hələbin ətrafında və Deyruz-Zurda terrorçulara qarşı əməliyyatı davam etdirib və çoxlu sayda terrorçunu öldürüb və yaralayıblar.
Məlumata görə, Suriya ordusu Hələbin əl-Səfirə məntəqəsinin şimal-şərqində yerləşən əl-Cənayn bölgəsində İŞİD terror qruplaşmasının hücumu qarşısında müqavimət göstərərək onlarla terrorçunu öldürüb və yaralayıb.
Bu hücumlarda İŞİD terror qruplaşmasının təchizatı və silah-sursatına ciddi şəkildə xəsarət vurulub.
Suriya ordusu həmçinin İŞİD-in Deyruz-Zur hərbi bazasının ətrafında bomba quraşdırılmış avtomobil hücumunu zərərsizləşdirib və bu avtomobil məqsədə çatmazdan öncə partladılıb.
Əl-Aləm telekanalı Suriya ordusu qüvvələrinin xüsusi kadrlarını yayımlayıb. Kadrlarda müşahidə olunur ki, Suriya qüvvələri Deyruz-Zurda Fərat çayı kənarında əl-Hüseyniyyə kəndləri yaxınlığında yerləşən əl-Həvicə məntəqəsinin tunelləri və səngərlərində terrorçu ünsürlərlə toqquşublar.
Suriya ordusu həmçinin Deyruz-Zur şəhərinin əl-Siyasiyyə körpüsünə doğru irəliləyib və İŞİD-in şəhər daxilinə yeganə tədarük yolunu kəsməyə çalışır.
Bu arada Rusiya qırıcı bombardmançı təyyarələri də Suriyanın Deyruz-Zur və digər bölgələrində İŞİD terror qruplaşmasının toplaşdığı məkanlar və bazalarını hədəfə alıblar. Bu hücumlar nəticəsində çoxlu sayda terrorçu öldürülüb və yaralanıb.
Livanın əl-Nəşrə xəbər portalı da bildirib: Ötən bir ay ərzində Suriyada 55 təkfirçi terror başçısı öldürülüb.

Teqlər